
29.10.2025-ci il tarixində Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Sevda İbrahimovanın Təbii və mədəni irsin mühafizəsi fənnindən «Nizami Gəncəvinin dünyaya verdiyi töhvələr» mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Sevda Əhmədova və digər əməkdaşlar iştirak etdilər. Açıq dərsdə Nizaminin Şərqin ən böyük şairlərindən olmasından və islamaqədərki, islamdansonrakı İran və Qədim dünya arasında körpü yaratmasından geniş bəhs olundu.
