“MEMBRAN NƏQLİYYATI: PASSİV, YÜNGÜLLƏŞDİRİLMİŞ DİFFUZİYA, FƏAL  TRANSPORT” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Elfira Ağayevanın Biologiya ixtisasının III kursunda “S/f Membranologiya” fənnindən “Membran nəqliyyati: Passiv, yüngülləşdirilmiş diffuziya, fəal  transport” mövzusunda açıq dərsi keçirildi. Mühazirə zamanı Elfira Ağayeva hüceyrə membranlarının seçici keçiricilik xüsusiyyətləri, maddə mübadiləsində membran nəqliyyat mexanizmlərinin rolu və enerji asılı proseslərin bioloji əhəmiyyətini ətraflı şəkildə izah etdi. O, mövzunu vizual təqdimatlar və interaktiv sual-cavab üsulu ilə şərh etdi, tələbələrə real eksperimental nümunələr əsasında passiv və fəal nəqliyyatın fərqlərini nümayiş etdirdi. Dərsdə kafedranın əməkdaşları və digər fənn müəllimləri iştirak etdilər. Dərs yüksək metodik səviyyədə aparıldığına görə müsbət qiymətləndirildi.