“Qanda hemoqlobinin miqdarının təyini” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Aytac Yasin qızı Məmmədovanın Kimya və biologiya müəllimliyi ixtisasının 4-cü kursunda “İnsan və heyvan fiziologiyası” fənnindən açıq dərsi oldu. Mövzu “Qanda hemoqlobinin miqdarının təyini” idi. Açıq dərsdə tələbələr Sali hemometrilə qanda hemoqlobinin miqdarını təyin etdilər. Bu tələbələrin ciddi marağına səbəb oldu və qan haqqında təsəvvürlərini bir qədər də dəqiqləşdirdilər.