

Botanika kafedrasının müəllimi Quliyeva Gülnarə Müzəffər qızının Biologiya (İkili diplom layihəsi) ixtisasının III kurs tələbələrinə İqtisadi botanika fənnindən “Dərman bitkilərinin qurudulması və iqtisadi analizi” mövzusunda laborator məşğələdən aşıq dərsi olmuşdur. Açıq dərsdə müəllim dərman bitkilərinin təbii və süni qurudulma üsullarını, həmçinin dərman bitkilərinin iqtisadi cəhətdən rentabellik faizini və xalis gəlir miqdarını çıxartmağı tələbələrə izah etdi. Açıq dərsdə dekan prof. İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri prof. Vaqif Novruzov, fəxri prof. Mirzə Həsənov və digər əməkdaşlar iştirak etdilər. Dərs sonda “əla” qiymətləndirildi.
