17 noyabr-Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirildi

Fakültəmizdə 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən Milli Dirçəliş Gününün ölkəmizin müstəqilliyinin bərpa edilməsindəki tarixi rolundan geniş bəhs edib. Ulu Öndərin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova, Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova, Anatomiya, Fiziologiya və Zoologiya kafedrasının baş müəllimi Güləbatın Hümbətova mövzu ətrafında çıxış ediblər.

Daha sonra tələbələr vətənpərvərliyə aid şeirlər söyləyiblər.