

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Aynur Bağırovanın “İfrazat sisteminin müqayisəsi” mövzusunda laborator məşğələsi oldu. Müəllim ibtidai orqanizmlərdən başlayaraq ifrazat sistemində baş verən təkamülü slaydlar üzrə təhlil etdikdən sonra, gövşəyən heyvanlarda böyrəyin quruluşunda olan fərqli cəhətləri əyani vəsaitlə izah etdi. Belə ki, tələbələr böyrəyin xaricdən şırımlarla piramidlərə uyğun paycıqlara ayrıldığını, piramidləri, böyrək ləyəni, sidik axarlarını əyani şəkildə müşahidə etdilər. Nefronun quruluşu yazı taxtasında təsvir olunmaqla funksiyası geniş izah olundu.
