

20.11.25-ci il tarixində Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda Ümumi pedaqogika kafedrasının baş müəllimi Aytən Həsənovanın Müasir Təlim Texnologiyaları fənnindən “Didaktik oyun texnologiyaları” mövzusunda açıq dərsi olmuşdur. Dərsdə kafedranın bir sıra əməkdaşları və fakultənin dekan müavini fəxri professor Mirzə Həsənov iştirak etmişlər. Müəllimə mühazirədə Didaktik oyun texnologiyalarının strategiyaları barədə məlumat verdi. Dərs tələbələrlə müzakirə formasında keçirildi. Tələbələr mövzu haqqında öz fikirlərini irəli sürdülər. Dərsdə mövzuya uyğun olaraq təqdimatdan istifadə edildi.
