Mühazirə-açıq havada

Botanika kafedrasının müdiri AMEA-nın müxbir üzvü professor Vaqif Novruzov 19 noyabr 2025-ci il tarixində “İqtisadi botanika” fənnindən İkili diplom layihəsi üzrə təhsil alan Biologiya ixtisası III kurs tələbələrinə Xan bağında açıq havada maraqlı mühazirə dedi. Professor tələbəyönümlü tədris metoduna istinad edərək mühazirəni tələbələrin sualları və təklifləri əsasında qurdu. Mühazirədə iqtisadi əhəmiyyət kəsb edən ağac və kol bitkilərindən geniş bəhs olundu, bitkilər üzərində müşahidələr aparıldı, Xan bağının ağac və kol bitkilərinin mənşəyi, növ tərkibi və vətəni haqqında məlumatlar verildi. Sonda tələbələrin təşəbbüsü ilə “Ağac və kol bitkilərinin bioloji xüsusiyyətləri, əhəmiyyəti” mövzusunda sərbəst işin yazılması planlaşdırıldı.