



“Müasir iqlim dəyişmələrinin Azərbaycanın Qərb bölgəsinin bitki örtüyünə təsiri” mövzusunda Elm və Təhsil Nazirliyinin Nəbatət bağında Respublika Elmi Konfransı keçirildi. Konfransda fakültəmizin Biologiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri Rəhimli Lətifə, Feyzizadə Ayulduz və Məmmədova Maral konfransda Gəncə Şəhərinin yaşıllaşdırılmasında istifadə olunan Magnoliya gradifloranın L. bioekoloji xüsusiyyətləri adlı məqaləylə çıxış edərək sertifikatlara layiq görülmüşdür.
