
26 noyabr 2025-ci il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda aşağıdakı məslələr müzakirə edildi: Gündəlik məsələlər 1. İxtisas kafedralarında 2025-ci ilə planlaşdırılmış elmi-tədqiqat işlərinin illik hesabatlarının müzakirə və təsdiqi. 2. Rektorluğun 23.02.2023-cü il tarixli 5/65 saylı əmri ilə fakültədə yaradılmış əmək intizamının möhkəmləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün açıq dərslərə nəzarət komissiyasının gördüyü işlər. 3. Tələbə elmi-tədqiqat işlərinin icra vəziyyəti (I kurs tələbələrinin tədqiqata cəlb edilməsi). 4. Fakültədə tədris olunan fənlərin təlim nəticələrindən istifadə, təhsil proqramı nəticələrinə uyğunluğu və s. dair qiymətləndirmə və monitorinq komissiyasının apardığı işlər. 5. İxtisaslar üzrə 2025-2026-cı tədris ilinin birinci yarısına planlaşdırılmış dərs saatlarının icra vəziyyəti. 6. İxtisas kafedralarının doktorant və magistrantlarının attestasiyası. 7. İkili diplom layihəsi üzrə Biologiya ixtisasında dərslərin tədrisi vəziyyətinin təhlili. 8. Kimya və biologiya fakültəsində tədris olunan ixtisas və seçmə fənlərin spesifik xüsusiyyətlərini, həm də tələbələrin həm də tələbələrin fərdi tədris planlarında apardıqları bəzi dəyişiriklikləri nəzərə alaraq 2025/2026-cı tədris ilinin payız sesiyasında keçiriləcək imtahan formalarının müzakirəsi
