“Dağlıq ölkə landşaftlarının əsas əlamətləri” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Ələkbərova Zabitə Əvəz qızının Ekologiya ixtisasının I kursunda Landşaftşünaslıq və landşaftların ekologiyası fənnindən “Dağlıq ölkə landşaftlarının əsas əlamətləri” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə fakültə dekanı prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim dərsi müasir təlim metodlarını tətbiq etməklə tədris etmişdir. Tələbələrin aktivliyi  dərsin daha da maraqlı keçməsinə şərait yaratmışdır. Yeni mövzunun izahında slaydla yanaşı digər əyani vəsaitlər də yer almışdır.