Ulu öndər Heydər Əliyevin anım günü ehtiramla yad edildi

Ümummilli lider Heydər Əliyevin vəfatının növbəti ildönümü ərəfəsində, ölkənin bütün təhsil müəssisələrində olduğu kimi, Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində də dərin hörmət və ehtiramla anım tədbiri keçirildi. 12 dekabr 2025-ci il tarixində baş tutan bu tədbirə fakültənin professor-müəllim heyəti və çoxsaylı tələbələr qatılmışdır. Daha sonra isə professor-müəllim heyəti və tələbələr Ulu Öndərin abidəsi önünə gedərək ora gül dəstələri qoymuşlar.