


Fakültədə fəaliyyət göstərən Ekoklubun təşkilatçılığı və Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin dəstəyi ilə 5 Dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə Yeni Gəncə ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Aksiyada Ekoklubun könüllüləri, Yaşıllaşdırma İdarəsinin əməkdaşları və tələbə gənclər aktiv iştirak edərək ərazidə 30-dan çox ağacın əkilməsini təmin etdilər. Bu təşəbbüs Yeni Gəncə ərazisində yaşıllıq fondunun artırılması və ekoloji maarifləndirmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə həmçinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, eləcə də Ekoklubun sədri Mirfəqan Hacıyev iştirak edərək könüllülərin fəaliyyətini yüksək qiymətləndirdilər. GDU Ekoklub bundan sonra da Yeni Gəncə ərazisində və şəhərin digər bölgələrində ekoloji yönümlü layihələri davam etdirməyi planlaşdırır.
