

Kimya kafedrasının baş müəllimi k.ü.f.d. Vüsalə Abbasovanın Kimya mühəndisliyi ixtisasının I kursunda ”Elektrolit məhlullar. Duzların hidrolizi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri dos. Aynur Məmmədova, tədris işləri üzrə dekan müavini prof. Mirzə Həsənov və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə tələbələrə elektrolitlərin dissosiasiyası və duzların hidrolizi haqqında məlumat verildi. Turşuların, qələvilərin, duzların ayrı-ayrı nümunələrinin dissosiasiyası, müxtəlif tərkibli duzların hidroliz prosesləri ətraflı izah olundu.
