“Laws of reflection and refraction of light“ mövzusunda açıq dərs keçirildi

Fizika kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Aysel Yunis qızı Həmzəyevanın Kimya və biologiya müəllimliyi (tədris ingilis dilində) ixtisasının III kurs tələbələrinə “Laws of reflection and refraction of light. Lenses. Constructing the image of an object by the lenses. The eye and vision. İnterference. Polarization, diffraction and dispersion of light. Photons. The photoelectric effect. Einstein’s equation” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı prof. İsfəndiyar Alverdiyev, prof. Mirzə Həsənov və Fizika kafedrasının müdiri dos. Yəhya Namazov iştirak etdilər. Müəllim dərsi müasir təlim metodlarını tətbiq etməklə tədris etmişdir. Tələbələrin aktivliyi dərsin daha da maraqlı keçməsinə şərait yaratmışdır. Açıq dərs sonda “qənaətbəxş” qiymətləndirildi.