Azerbaijan Robotics Engineering Academy (AREA) Gəncə filialı ilə Gəncə Dövlət Universiteti Ekoklubun görüşü

9 dekabr 2025-ci il tarixində Azerbaijan Robotics Engineering Academy (AREA) Gəncə filialı ilə Gəncə Dövlət Universiteti Ekoklubunun görüşü baş tutdu. Görüşdə AREA-nın Gəncə filialının müdiri Aynurə xanım və onun komandası-Gəncə şəhər 22 nömrəli məktəbin 2 nəfər 9-cu sinif şagirdi-hazırladıqları ekoloji innovativ startap layihəsini Ekoklub könüllülərinə təqdim etdilər. Təqdimat zamanı könüllülər layihə ilə bağlı suallar ünvanladılar, təkliflərini bildirdilər və geniş müzakirə aparıldı. Görüşdə həmçinin GDU Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova iştirak edərək öz bilik və təcrübələrini paylaşdı, layihənin inkişafı üçün dəyərli tövsiyələr verdi. Görüşün sonunda Ekoklubun bir neçə fəal könüllüsü, o cümlədən sədr Mirfəqan Hacıyev, AREA komandası ilə birgə işlərin aparılacağını bildirdilər. Bu əməkdaşlıq həm Ekoklub, həm də AREA üçün qarşılıqlı şəkildə müsbət nəticə verərək gələcək layihələr üçün yeni imkanlar yaratdı.