

Riyazi analiz kafedrasının baş müəllimi Nazir İsmayılovun Ekologiya mühəndisliyi ixtisasının I kursunda açıq dərsi təşkil olundu. Dərsdə kafedra müdiri prof. Orucəli Rzayev, kafedranın dosenti fəxri prof. Zəfər Abbasov və digər əməkdaşlar iştirak etdilər. Dərs tələbələrlə qarşılıqlı dialoq şəklində qurulmuşdu. Açıq dərsdən sonra müzakirə keçirildi və keçilən açıq dərs ən yüksək qiymətlə qiymətləndirildi.
