“Çay xərçənginin quruluşu” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Ülviyyə Alşanlının Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Onurğasızlar zoologiyası” fənnindən açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Vəfa Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə tələbələrə buğumayaqlılar tipi haqqında geniş məlumat verildi. Onların suda və quruda yaşayan nümayəndələri sadalandı. Tələbələr qəlsəmətənəffüslülərin tipik nümayəndəsi olan çay xərçənginin (Potamobius astacus) xarici və daxili quruluşunu nümunələr üzərində öyrəndilər. Tələbələr nümunələr üzərində xərçəngin xarici quruluş əlamətləri, çənə aparatının quruluşu, neçə cüt və cür ayaqları olması haqqında geniş məlumatlar öyrəndilər. Çay xərçənginin həzm sistemi, qan-damar sistemi, hiss orqanları, cinsi orqanlarının quruluşu tədqiq olundu. Həmçinin çay xərçənginin bədənini örtən xitin örtük, buğumlarının sayı tələbələrdən soruçuldu. Tələbələr çay xərçənginin tənəffüs sisteminin quruluşuna əyani nümunələr üzərində baxdılar. Dərs sonda əməkdaşlar tərəfindən əla qiymətləndirildi.