“Azərbaycanda yaşayan gəmiricilərin nümayəndələri” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Seyidova Zərifə Səbuhi qızının Kimya və biologiya müəllimliyi ixtisasının V kursunda “Azərbaycan faunası” fənnindən “Azərbaycanda yaşayan gəmiricilərin nümayəndələri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakultə dekanı prof.İ.Alverdiyev, kafedra müdiri prof.V.Məmmədova, dos. (attestatsız) L.Abdullayeva və müəl. Ü.Alışanlı iştirak etdilər. Müəllim dərsi müasir təlim metodları üzərində qurmuşdu. Əyani vəsaitlərdən-gəmiricilərin mulyajları, tablolardan və slayddan istifadə edildi. Zərifə Seyidova mövzunu tam əhatəli, plana uyğun, maraqlı və əvvəlki dərslərlə əlaqəli şəkildə izah etdi.