




Bu gün Tovuz STEAM Mərkəzinin əməkdaşları ilə fakültə dekanı və kafedra müdirləri arasında işgüzar əməkdaşlıq görüşü keçirilib. Görüş zamanı birgə həyata keçiriləcək layihələr, tələbə–şagird əməkdaşlığı və STEAM sahəsində uzunmüddətli tərəfdaşlıq imkanları müzakirə olunub. Əməkdaşlıq çərçivəsində:
Universitet tələbələrinin müxtəlif STEAM və innovasiya yarışlarında iştirakına dəstək, Tovuz STEAM Mərkəzinə ekskursiyaların təşkili, tələbələrlə STEAM şagirdlərinin görüşü və birgə fəaliyyəti,
Masterclass və praktiki təlimlərin təşkili planlaşdırılır. Görüşdə Tovuz STEAM Mərkəzinin əməkdaşları
dekan professor İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü prof. Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, prof. Sevda Əhmədova ilə görüşərək birgə əməkdaşlıq üçün ilk addımları atıblar. Elm, innovasiya və gələcək naminə qurulan bu əməkdaşlığın böyük nəticələr verəcəyinə inanırıq!
