“Hack Cotton” startap müsabiqəsində tələbələrimiz 1-ci yerə layiq görüldülər

17-18 dekabr 2025-ci il tarixlərində ADAU İnnovasiyalar Mərkəzi və Prime Cotton şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş “Hack Cotton” startap müsabiqəsində fakültəmizin tələbələrindən ibarət “Cotton Drop” komandası iştirak etmiş və müsabiqənin yekun nəticələrinə əsasən 1-ci yerə layiq görülmüşlər. Müsabiqədə 11 ali təhsil müəssisəsini təmsil edən 70 komanda iştirak etmişdir. Nəticə etibarilə komanda 1500 (bir min beş yüz) AZN məbləğində pul mükafatı qazanmış və eyni zamanda inkubasiya proqramına qəbul edilmişdir.

Komanda üzvləri: Zeynəb Nağıyeva, İsfəndiyar Aslan, Zəhra İsgəndərova, Rəşid İsmayılov.