Gəncə şəhər 14 saylı orta məktəbin 8-ci sinif şagirdlərinin iștirakı ilə “Qan qruplarının təyini” mövzusunda laboratoriya məșğələsi keçildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baș mūəllimi Aynur Bağırova Biologiya müəllimliyi ixtisasının IV kursunda 14 saylı orta məktəbin 8-ci sinfinin bir qrup şagirdlərinin iștirakı ilə “Qan qruplarının təyini” mövzusunda laboratoriya məșğələsi keçirdi. Laboratoriya məșğələsində qan qrupları, antigen və antitellər, onların tərkibi və yaranma prosesi haqqında ətraflı məlumat verildikdən sonra bir neçə tələbə və șagirdin qan qrupu təyin edildi.