“Meliorativ və suvarma əkinçiliyində eroziyaya qarşı mübarizə tədbirləri” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi b.ü.f.d. Natiqə İsmayılzadənin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinə “Meliorativ və suvarma əkinçiliyində eroziyaya qarşı mübarizə tədbirləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu interaktiv təlim metodundan istifadə etməklə tədris etdi.