“Human and Knowledge: Interdisciplinary Standards in the Humanities, Medicine, and Life Sciences” adlı beynəlxalq elmi təlim keçirildi

22 dekabr 2025-ci il tarixində Academics.edu.ge platformasının təşkilatçılığı ilə Gürcüstan Respublikasında (onlayn formatda) keçirilən “Human and Knowledge: Interdisciplinary Standards in the Humanities, Medicine, and Life Sciences” adlı beynəlxalq elmi təlimdə Biologiya elmləri üzrə doktor, professor, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova uğurla təlim keçmişdir.
Təlim çərçivəsində məruzəçi qismində çıxış edən professor Sevda Əhmədova “Azərbaycan Respublikasının Qarabağ regionunun ekoloji təmizlənmə zonasında ətraf mühitin enerji mənbələri və alternativ enerjidən istifadənin perspektivləri” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzədə Qarabağ regionunda aparılan ekoloji bərpa tədbirləri, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi, ekoloji davamlılıq, yaşıl inkişaf və enerji təhlükəsizliyi prinsipləri elmi əsaslarla geniş şəkildə təhlil edilmişdir.
Professor Sevda Əhmədovanın çıxışı beynəlxalq akademik ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmış, yüksək qiymətləndirilmiş və tədbirin elmi səviyyəsinin yüksəldilməsinə mühüm töhfə vermişdir.