Bu gün prezident İlham Əliyevin doğum günüdür!

Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Müzəffər Ali Baş Komandan öz ad gününü qalib sərkərdə kimi qarşılayır. Prezident İlham Əliyev dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzularını həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Biz də öz növbəmizdə Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayırıq. Qarabağımızı bizlərə bəxş edən qalib Sərkərdənin yanındayıq!