elmi şura

23 dekabr 2025-ci il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda aşağıdakı məslələr müzakirə edildi: 1. Fakültədə 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti. 2. İxtisaslar üzrə 2025-2026-cı tədris ilinin I yarısına planlaşdırılan dərs saatlarının icra vəziyyəti. 3. Tələbələrin mənimsəmə və fəaliyyət göstəricilərinə dair elektron məlumatın dinlənilməsi. 4. İkili diplom layihəsi üzrə müəllimlərin təcrübə mübadiləsinin təkmilləşdirilməsi və fakültədə icra olunan məsələlər. 5. Rektorluğun 2025/2026-cı tədris ilinin payız imtahan sesiyasına hazırlıq və onu mütəşəkkil keçirmək məqsədilə 24.11.2025-ci il tarixli 5/666 saylı əmrindən irəli gələn vəzifələrin icrası. 6. Fakültənin 2023-2028-ci illər üçün strateji plan və fəaliyyət planına daxil edilən məsələlərin icrası haqqında. 7. Kimya və biologiya fakültəsinin qüvvədə olan təhsil proqramlarının (ixtisaslar üzrə) illik özünüqiymətləndirmə hesabatını hazırlayan işçi qrupunun tərkibinə nümayəndələrin daxil edilməsi və müzakirəsi.