Qərb bölgəsində biomüxtəlifliyin monitorinqi mövzusunda tədbir keçirildi

Qərb bölgəsində biomüxtəlifliyin monitorinqi mövzusunda əhəmiyyətli tədbir GDU Ekoklub və Ekologiya və təbiəti mühafizə kafedrasının təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Bioresurslar İnstitutunun (Gəncə) direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent Qasımov İmran Qasım oğlu, Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini, Bioresurslar İnstitutunun elmi işçisi Quliyev Fuad Bəyməmməd oğlu, GDU Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, eləcə də Ekoklubun sədri Mirfəqan Hacıyev və Ekoklub üzvləri, həmçinin kafedranın heyəti iştirak etmişdir. Tədbirin xüsusi məqamlarından biri Göygöl Milli Parkından və Qərb bölgəsindən hazırlanmış videoçarxların nümayişi olmuşdur. Videoçarxlar iştirakçılarda biomüxtəlifliyin qorunması və ekosistemin davamlı idarə olunması barədə real və əyani təsəvvür yaratmışdır.