
20 fevral 2026-cı il tarixdə Kimya və biologiya fakültəsi Elmi şurasının iclası keçirildi. İclasda aşağıdakı məslələr müzakirə edildi: 1. 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının yekunları və II yarım ildə fakültə kollektivinin qarşısında duran vəzifələr. 2. 2025-2026-cı tədris ilinin ikinci yarım il üçün təsdiq olunmuş iş planından irəli gələn vəzifələr. 3. Müxtəlif fənlərdən kredit borcu olan tələbələrin müvafiq ixtisasların uyğun kurslarına göndərilməsinin təşkili (alt qruplara). 4. Gələcəyin müəllimi təqaüdünün verilməsi məsləhət bilinən tələbələrin müəyyənləşdirilməsi və rəsmiləşdirmək üçün təqdim olunması. 5. Tələbələrin tədris vərəqələrində təlimatı tələblərə uyğun müvafiq qeydlər aparılması. 6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 saylı qərarından irəli gələn vəzifələrin icra vəziyyəti. 7. Fakültədə tədris olunan fənlərin (ixtisaslar üzrə) 2025/2026-cı dərs ilinin (yaz semestrində) qəbul ediləcək imtahan formalarının müzakirəsi
