“Qeyri-üzvi birləşmələrin əsas sinifləri” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının professoru Tağı İbrahim oğlu Tağıyevin Kimya və biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinə Qeyri-üzvi kimyanın tədrisi metodikası fənnindən “Qeyri üzvi birləşmələrin əsas sinifləri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Kimya kafedrasının müdiri dosent Aynur Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Müəllim qeyri-üzvi birləşmələr və onların əsas sinifləri haqqında tələbələrə geniş izah verdi.