
Tədbirin əsas çıxışçısı (təlimçisi) Ekoklubun fəal üzvü Kimya və biologiya müəllimliyi (tədris ingilis dili) ixtisası üzrə 2-ci kurs tələbəsi, KİNG Education Company MMC-nin təlimçilik kursunun məzunu Fatimə Quliyeva olub. O, təqdimatı zamanı genetikanın ekologiyaya təsiri, canlıların mühitə uyğunlaşma mexanizmləri və davamlılığın elmi əsasları barədə ətraflı və maraqlı məlumatlar təqdim edib. Təlimdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova, Ekoklub sədrləri Mirfəqan Hacıyev və Zəhra İsgəndərova iştirak ediblər. Görüş tələbələr tərəfindən böyük maraqla qarşılanıb və müzakirə formatında davam edib. Bu cür elmi-maarifləndirici tədbirlər tələbələrin bilik və bacarıqlarının inkişafına, elmi düşüncə tərzinin formalaşmasına və onların ictimai-elmi fəaliyyətə cəlb olunmasına mühüm töhfə verir.
