“Ekoklub”un yeni idarə heyəti seçkisi keçirildi

11 mart 2026-cı il tarixində Gəncə Dövlət Universitetində fəaliyyət göstərən GDU Ekoklub olaraq Əsasnaməmizə uyğun şəkildə hər il həyata keçirdiyimiz idarəetmə yenilənməsi çərçivəsində əvvəlki idarə heyəti ilə rəsmi şəkildə vidalaşaraq klubumuzun yeni idarə heyətini formalaşdırdıq və staffımızı tam şəkildə yenilədik. Bu yenilənmə klubun davamlı inkişafını təmin etmək, yeni ideyaların və təşəbbüslərin meydana çıxmasına şərait yaratmaq məqsədi daşıyır.

Yeni idarə heyətini sizə təqdim edirik:

Sədr müavinləri

• Hacıyeva Solmaz — Ekologiya II kurs

• Eminbəyli Nilufər — Ekologiya I kurs

• Nəcəfova Əminə — Ekologiya I kurs

Katib

• Məmişova Dəniz — Kimya və Biologiya müəllimliyi (tədris ingilis dili) II kurs

Sosial Media Marketinq və İctimai İşlər üzrə məsul şəxs

• Hacızadə Ayan — Ekologiya I kurs

Aparıcılar

• Əsədzadə Fuad — Ekologiya I kurs

• Quluyeva Fatimə — Kimya və Biologiya müəllimliyi (tədris ingilis dili) II kurs

Keyfiyyət Elçisi

• Quluyeva Fatimə — Kimya və Biologiya müəllimliyi (tədris ingilis dili) II kurs

Koordinator

• Abduləzimov Murad — Biologiya müəllimliyi I kurs

Həmçinin iclas çərçivəsində İqtisadiyyat və İdarəetmə fakültəsində GDU Ekoklubun nəzdində “Eko-turizm” klubunun yaradılması məsələsi müzakirə olunmuş və iştirakçıların səs birliyi ilə təsdiq edilmişdir.

Yeni idarə heyətinə və komandamıza fəaliyyətlərində uğurlar arzulayırıq. İnanırıq ki, bu komanda GDU Ekoklubun fəaliyyətini daha da inkişaf etdirəcək və ekoloji təşəbbüslərin genişlənməsinə töhfə verəcək.