


Baharın gəlişi ilə təbiət yenidən canlanır. Bu gözəl dəyişikliklər insanlara sevinc gətirməklə yanaşı, həm də biologiya elminin öyrəndiyi canlı aləmin yenilənməsini göstərir. Məhz buna görə Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti Günay Sadıqovanın tədris etdiyi Biologiyanın tədrisi metodikası fənnində dərs xüsusi olaraq Novruz bayramının ruhuna uyğun təşkil olunmuşdu. Kimya və biologiya müəllimiliyi III kurs ixtisasında dərsin əvvəlində Günay Sadıqova Novruz bayramının təbiətlə olan əlaqəsindən danışdı. O, qeyd etdi ki, Novruz baharın başlanğıcını, təbiətin oyanmasını və həyatın yenilənməsini simvolizə edir. Biologiya elmi də bu dəyişiklikləri araşdırır və canlıların həyat proseslərini izah edir. O, xüsusi olaraq tələbələrin bayramını təbrik etdi. Hər il tələbələrin marağına səbəb olan bu fənn yenə də tələbələrin marağına səbəb oldu. Müasir üsula əsaslanan dərs hər 45 dəqiqə bir tələbənin müəllim kimi aiditoryaya daxil olması ilə tələbələrin həyacan dolu maragına səbəb oldu. Belə ki, dərs ilk olaraq hər zamankı kimi Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı sonra tələbə yəni o günün müəllimi və Günay Sadıqova müxtəlif nümunələr və təqdimatlar vasitəsilə mövzunu daha maraqlı və anlaşıqlı şəkildə izah etdilər. Dərsin sonunda Novruza aid mahnılar səsləndi, digər tələbələr də fəal iştirak edərək suallar cavablandırdı və öz fikirlərini bölüşdülər. Yekunda az bir müddətdə tələbələrin sevgisini qazanan fakültənin müəllimi Günay Sadıqova usaqlarla səmimi olaraq yel cərşənbəsini qeyd edib, tələblərlə birgə yumurta da döyüşdürdülər, bir neçə tələbə hətta rəqs belə etdilər. Masalar üzərində Novruz bayramına aid səməni və xonçalar nəinki Kimya və biologiya müəllimliyi ixtisasının həm də digər ixtisas tələbələrinin də marağına səbəb oldu.
