





Kimya və Kimya mühəndisliyi ixtisaslarının Ⅳ kurs tələbələri Kimya kafedrasının müdiri dos.Aynur Məmmədova və rəhbər müəllim b/m.Vüqarə Əliyevanın rəhbərliyi ilə Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsində olmuşlar. Təcrübə zamanı tələbələr ilk olaraq zavodun rəhbəri Ayət Bağırov ilə görüşmüşlər. Sonra zavodun Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə cahavdeh şəxs Bilal Abdullayev tərəfindən zavodun texniki təhlükəsizlik qaydası ilə tanış edilmişlər. Sonrakı mərhələdə tələbələr zavodun istehsal üçün istifadə etdiyi ilkin məhsullarla tanış olmuşlar ardınca zavodun müxtəlif istehsal sahələrində-Metalların induksion əritmə sahəsi, Spektrometr analizi laboratoriyası, Metalların mexaniki emal sahəsi, Plasmas məmulatlar sahəsində praktiki bilikllərə yiyələnmişlər.
