“Biosistemləri yaradan əsas komponentlər” mövzusunda açıq dərs keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasının baş müəllimi Sevda İbrahimovanın Ekologiya ixtisasının III kurs tələbələrinə Nəzəri ekologiya fənnindən “Biosistemləri yaradan əsas komponentlər” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə kafedra müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Müəllim mövzunu slaydlar əsasında əhatəli izah etmiş və elmi yeniliklər aşılamışdır. Açıq dərs müəllim-tələbə aktivliyi şəraitində baş tutmuşdur.