
Botanika kafedrasını dosenti Tağıyeva Zərifə İbrahim qızının Biologiya ixtisasının (ikili diplom layihəsi) III kursunda “Dərman bitkiləri” fənnindən “Tərkibində flovonoidlər olan dərman bitkiləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə tədris məsələləri üzrə prorektor prof.İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Vaqif Novruzov, tədris departamentinin direktoru dos. Elturan Yusifov, fəxri prof. Mirzə Həsənov, dos. Zilxumar İsmayılova, dos. Ramidə Quliyeva, dos. Yeganə Aslanova və digər əməkdaşlar iştirak etdilər. Dərs müasir metodik elmi səviyyədə aparıldı və əla qiymətləndirildi.
