


Anatomiya, fiziologiya və zoologiya kafedrasının müəllimi Zərifə Seyidovanın Kimya və biologiya müəllimliyi ixtisasının IV kursunda “Heyvan ekologiyası” fənnindən “Heyvanların həyat formaları” mövzusunda açıq dərsi keçirildi. Açıq dərs interaktiv metodla keçildi, yeni mövzu əyani vəsait və slaydla tələbələrlə birgə müzakirə olundu. Qarşılıqlı fikir mübadiləsi aparıldı. Açıq dərsdə dekan prof. İsfəndiyar Alverdiyev, kafedra müdiri prof. Vəfa Məmmədova və kafedra əməkdaşları iştirak etdilər. Sonda açıq dərs əla qiymətləndirildi.
