

Praktik xarici dillər kafedrasının baş müəllimi, f.f.d. Rüstəmova İlhamə Saleh qızının Kimya və biologiya müəllimliyi ixtisasının I kursunda “Dream commuters” mövzusunda açıq dərs keçirildi. Mövzunun təqdimatı DVD-materialı izləməklə başladı, əyani vəsaitlərdən və interaktiv təlim metodlarından geniş şəkildə istifadə edilərək mövzuya aid məlumat verildi. Müasir dövrdə əhalisi çox olan böyük şəhərlərdəki sərnişin problemlərinə aid məlumatlar izlənildi. Mövzunun interaktiv şəkildə izlənilməsi tələbələrin dərsdə fəal iştirakına və marağına səbəb oldu. Sonda sorğu keçirildi və yeni sözlərin izahı verildi. Ev tapşırığı və qiymətləndirmə ilə dərs yekunlaşdırıldı.
