“Hidrosferin kimyəvi çirklənmə mənbələri və çirkləndiriciləri” mövzusunda açıq dərs keçirildi

Kimya kafedrasının baş müəllimi Yunis Hacıyevin Ekologiya ixtisasının I kursunda Ekoloji kimya fənnindən “Hidrosferin kimyəvi çirklənmə mənbələri və çirkləndiriciləri” mövzusunda  açıq  dərs keçirilmişdir. Açıq dərsdə Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova və kafedra əməkdaşları iştirak etmişlər. Fənn müəllimi açıq dərsin mövzusuna aid 4 plan və 3 təlim nəticəsi planlaşdırmışdı. Dərsdə hidrosferin təbii və antropogen yolla çirklənmə mənbələri,  suyu çirkləndirən üzvi və qeyri-üzvi maddələr, Xəzər dənizinin çirkləndiriciləri, Xəzər dənizi və digər su hövzələrinin çirklənmədən qorunma tədbirləri haqqında geniş məlumat verildi. Tələbələr müəllimi dinləyərək qeydlərini apardı. Təlim nəticələrinin mənimsənilməsinə əmin olmaq üçün dərsin sonunda müəllim auditoriyaya yoxlama testlər təqdim etdi və nəticəni dərsin sonunda elan etdi. Mühazirədə mövzuya aid internet materiallarından və son illərin ədəbiyyatlarından geniş istifadə edilmişdir. Ümumilikdə açıq dərs yüksək səviyyədə yerinə yetirildi.