“Bərpa olunan enerji mənbələri” mövzusunda seminar keçirildi

Ekologiya və təbiəti mühafizə kafedrasında “Bərpa olunan enerji mənbələri” mövzusunda maraqlı seminar keçirildi və tələbələrin diskussiyası oldu. Ekologiya ixtisasının I kurs tələbəsi Şəms Məmmədli bərpa olunan enerji mənbələri mövzusuna aydınlıq gətirərək maraqlı izah verdi. Mövzu aktual məsələyə həsr olunmuşdu və tələbələr tərəfindən maraqla dinlənildi.