

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Gültəkin Qasımovanın Ekologiya mühəndisliyi ixtisasının II kursunda “İstehsalat sularının təmizlənməsi və zərərsizləşdirilməsi” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri prof. Sevda Əhmədova və kafedranın müəllimləri iştirak etmişlər. Mühazirə ətraflı və elmi yeniliklərlə zəngin idi. Yeni dərsin izahı əhatəli və tələbələrin fəal iştirakı ilə davam etdi.
