“Şəhərsalma sənədlərində ətraf mühitin mühafizəsi” mövzusunda açıq dərs keçirilmişdir

Ekologiya və təbiəti mühafizə kafedrasının dosenti Fərqanə Qasımovanın Ekologiya mühəndisliyi ixtisasının I kurs tələbələrinə “Şəhərsalma sənədlərində ətraf mühitin mühafizəsi” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə kafedra müdiri, prof. Sevda Əhmədova və müəllim heyəti iştirak etmişdir. Açıq dərs tələbələrin aktivliyi ilə müşaiyət olunmuşdur. Müəllimə “Şəhərsalma və memarlıq ili” çərçivəsində ölkədə aparılacaq işlər barədə ətraflı məlumat vermiş, tədrisi müasir təlim metodlarına əsaslanaraq aparmışdır.