

Anatomiya, fiziologiya və zoologiya kafedrasının baş müəllimi Şəlalə Hacıyevanın Biologiya ixtisasının I kursunda “Onurğasız heyvanlar” fənnindən “Yastı qurdlar tipi. Turbellarilər, sorucu qurdlar və lentşəkilli qurdlar sinfi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə fakültə dekanı prof.İsfəndiyar Alverdiyev, prof.Mirzə Həsənov və kafedra əməkdaşları iştirak etdilər. Dərsdə insan və heyvanlarda parazitlik edən yastı qurdlardan (qaraciyər sorucusu, öküz soliteri və s.) bəhs edilirdi. Tələbələri daha çox hansı yollarla yoluxmaq və qurdlara qarşı mübarizə tədbirləri maraqlandırdı. Sonda açıq dərs əla qiymətləndirildi.
