
II kurs magistr Yunis İmanov tərəfindən “İqlim dəyişmələri və qlobal istiləşmə” fənnindən Ekologiya mühəndisliyi ixtisasının III kurs tələbələrinə “Temperatur göstəricilərinin yüksəlməsi və Kioto protokolu” mövzusunda dərs keçirilmişdir. Dərs zamanı qlobal temperatur artımının səbəbləri, onun ətraf mühitə və insan fəaliyyətinə təsirləri geniş şəkildə izah edilmiş, həmçinin iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır. Xüsusilə Kioto protokolunun əsas məqsədləri, istixana qazlarının azaldılması üzrə öhdəliklər və bu istiqamətdə həyata keçirilən mexanizmlər tələbələrə ətraflı şəkildə çatdırılmışdır. Dərs interaktiv müzakirələr və nümunələr əsasında aparılmış, tələbələrin mövzuya dair bilik və anlayışlarının inkişafına şərait yaradılmışdı.
