



“Kimya ayı” münasibətilə Goranboy rayon Sarovlu kənd ümumi orta ümumtəhsil məktəbinin VII sinif şagirdləri həmin məktəbin Təlim və tədris işləri üzrə direktor müavini, kimya müəllimi İlhamə Mahmudovanın rəhbərliyi ilə fakültəmizdə təcrübə keçmişlər.
Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova qonaqları qarşılayaraq onlara kafedradakı tədris və elmi-tədqiqat laboratoriyaları, tədris auditoriyaları və ixtisaslar haqqında məlumat verdi. Sonra kafedranın baş müəllimi Sevinc Zeynalova, müəllim İlahə Tağılı şagirdlərə kimya laboratoriyalarında “Asetilenin sintezi və xassələri”, “Benzolun kimyəvi xassələri”, “Buqələmun reaksiyası”, “Qızıl yağışı” və s. təcrübələri nümayiş etdirərək izahlar verdilər.
