

Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta ümumtəhsil məktəbinin şagirdləri “Kimya ayı” çərçivəsində məktəbin Kimya müəllimi-GDU-nun 2024-cü il Kimya və biologiya fakültəsinin məzunu Sadıxova Nərgiz Sənani qızının rəhbərliyi ilə fakültəmizdə olmuşlar. Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova şagirdləri kafedranın tədris laboratoriyaları ilə tanış etdi. Daha sonra isə o, k.e.d., prof. Yusif Yusibov və k.e.d., prof. İsfəndiyar Alverdiyevin rəhbərliyi ilə “Kimyəvi materialşünaslıq” elmi-tədqiqat laboratoriyasında yerinə yetirilən işlər və kafedranın bu sahədəki nailiyyətləri haqqında geniş məlumat verdik. Kafedra əməkdaşları şagirdlərə tədris laboratoriyalarında maraqlı təcrübələr nümayiş etdirdilər.
