

Ümumi pedaqogika kafedrasının baş müəllimi Aytən Həsənovanın Kimya və biologiya müəllimliyi ixtisasının II kursunda Pedaqogika fənnindən “Tərbiyənin prinsipləri” mövzusunda açıq dərsi oldu. Aytən müəllimə mövzu haqqında geniş məlumat verdi. Dərsdə tədris məsələləri üzrə dekan müavini prof. Mirzə Həsənov və Ümumi pedaqogika kafedrasının müəllimləri iştirak etmişlər. Müəllimə Tərbiyənin prinsiplərini plan üzrə ayrı-ayrılıqda şərh etdi. “Tərbiyənin həyatla əlaqələndirilməsi” prinsipində real həyatdan misallar gətirərək tələbələrə izah etdi. “Tərbiyədə məqsədəuyğunluq prinsipi” haqqında danışanda tərbiyədə əsas məqsədin gələcək üçün ağıllı, savadlı vətəndaşların yetişdirilməsi olduğunu qeyd etdi. “Tərbiyənin yaşauyğunluğu” prinsipində şagirdlərə tərbiyə verən zaman yaşlarının nəzərə alınmasının vacibliyini vurğuladı. Prinsiplər haqqında məlumat verən zaman tələbələrin də fikirlərini öyrənirdi. Onlar da gələcəkdə müəllim olan zaman prinsipləri necə istifadə etməlidilər haqqında fikirlər irəli sürdülər. Dərs tələbələrlə müzakirə edilərək aparıldı.
