


15 aprel-Ekoloji Bilik Günü münasibətilə tədbir keçirildi. Tədbirdə kafedra müdiri professor Sevda Əhmədova, Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev, Ekoklubun sədri Mirfəqan Hacıyev, həmçinin klubun aktiv könüllüləri və kafedranın əməkdaşları iştirak etdilər. Görüş zamanı ekoloji maarifləndirici söhbətlər aparıldı, ətraf mühitin qorunmasının əhəmiyyəti vurğulandı. Eyni zamanda Göygöl Milli Parkında aşkar olunan Qırmızı fincan göbələyi (Sarcoscypha coccinea spp.) haqqında məlumat verildi. Tədbir çərçivəsində parkın flora və fauna müxtəlifliyini əks etdirən videoçarx Ekoklub könüllülərinə təqdim olundu. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və ekoloji biliklərin artırılmasına töhfə verdi.
