“Yırtıcılar dəstəsinin morfoloji xüsusiyyətləri və mühüm növləri” mövzusunda açıq dərs keçirildi

Anatomiya, fiziologiya və zoologiya kafedrasının dosenti (attestatsız) Lalə Abdullayevanın Biologiya ixtisasının III kursunda Ali məməlilər fənnindən “Yırtıcılar dəstəsinin morfoloji xüsusiyyətləri və mühüm növləri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə prof.V.Məmmədova, dos.T.Rüstəmova, b/.m.L.Heydərli, b/m.K.Bayramova, b/m. İ.Fərəcullayeva, müəl.Z.Əliyeva, müəl.Ü.Alışanlı iştirak ediblər. Lalə müəllimənin bütün sənədləri qaydasında idi. Tədris zamanı müəllimə dərsi müasir təlim metodları üzərində qurmuşdu. Dərsin izahında müəllim slaydlardan və əyani vəsaitlərdən- məməlilərin mulyajı, skeleti, daxili quruluşuna aid sulu (formalində olan) preparatlardan, istifadə etdi. Dərsdə tələbələr fəal idi. Lalə müəllimə mövzunu tam əhatəli, plana uyğun olaraq, maraqlı və əvvəlki dərslərlə əlaqəli şəkildə izah etdi.