



Kimya və Kimya mühəndisliyi ixtisasının Ⅳ kurs tələbələri Kimya kafedrasının müdiri dos. Aynur Məmmədova, rəhbər müəllimlər b/m. Fəridə Məmmədova və b/m. Vüqarə Əliyevanın rəhbərliyi ilə “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavod kompleksində istehsalat təcrübəsində olmuşlar. Təcrübə zamanı tələbələr zavodun istehsalat rəhbəri Məmmədov Elnur Faiq oğlu ilə görüşdükdən sonra, zavodun SƏTƏM otağında qarşılanaraq həmin şöbənin texniki köməkçi Məmmədova Vüsalə Nəbi qızının verdiyi təlimat əsasında zavodda davranış və texnini təhlükəsizlik qaydaları ilə təlimatlandırılmışlar. Sonra tələbələr Elektroliz və Metal tökmə və fasiləsiz yayma zavodlarında olmuşlar. Tələbələr həmin zavodların məsul şəxsləri tərəfindən lazımi nəzəri və praktiki bilik və bacarıqlarla məlumatlandırılmışlar. İstehsal təcrübələri davam edir.
