



“Kimya ayı” münasibətilə Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nomrəli ingilis dili təmayüllü məktəb liseyinin şagirdləri fakültəmizdə oldular. Həmin məktəbin kimya müəllimi Bahar Səttarlının və fakültənin baş müəllimi Aygün Zeynalovanın rəhbərliyi ilə şagirdlər bütün laboratoriyalar ilə tanış oldular. Şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırıldı. Fakültəmizdə “Kimya ayı” davam edir.
